Bakı. Trend:
Tailand iyul ayında sərhəd münaqişəsi zamanı əsir götürülən 18
Kamboca hərbçisini qarşı tərəfə təhvil verib.
Trend xəbər verir
ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən bildirilib ki, 18 kambocalı hərbçinin ölkələrinə
qaytarılması xoşməramlılıq və etimadın qurulması əlamətidir və
proses beynəlxalq humanitar prinsiplərə uyğun şəkildə həyata
keçirilib.
Qeyd edək ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd
Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də atəşkəs
barədə razılığa gəliblər.

