Lerikdə ağır qəza: 6 nəfər yaralandı

Baş səhifə

Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.