Bakı. Trend:
Təxminən bir milyard “Android” istifadəçisinin təhlükəsizlik və
şəxsi məlumatlarını riskə atır.
Trend xəbər verir
ki, bu barədə “Android Headlines” nəşri məlumat yayıb.
İxtisaslaşmış media qurumunun jurnalistləri “StatCounter”
hesabatını təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Android
smartfon istifadəçilərinin təxminən 30 faizi əməliyyat sisteminin
köhnə versiyalarından – “Android 13” və ya daha əvvəlki
versiyalardan istifadə etməyə davam edir. Müəlliflərin fikrincə, bu
cür cihazlar fırıldaqçılar və haker hücumlarına daha həssasdır.
Məqalədə qeyd olunur ki, hazırda bir sıra smartfon
istehsalçıları yeniləmələr və təhlükəsizlik yamaları ilə 5–7 ilə
qədər dəstək təmin edə bilirlər. Lakin 2022-ci ildə “Android 13”
təqdim olunarkən bu praktika geniş yayılmamışdı və əksər telefonlar
cəmi 2–3 il müddətində dəstək alırdı. Bu səbəbdən köhnə əməliyyat
sistemlərindən istifadə edən cihaz sahiblərinə telefonlarını
yeniləmək tövsiyə olunub.
Jurnalistlər vurğulayıblar ki, “Android 13” və daha köhnə
versiyalarda fundamental problem yoxdur. Bununla belə, iki və ya üç
il əvvəl buraxılmış əməliyyat sistemi ilə işləyən bəzi modellərin
yaxın gələcəkdə yeniləmələri almağı dayandıra biləcəyi də qeyd
edilib.

