Bakı. Trend:
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki
vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər
həyata keçirilib.
Trend xəbər verir
ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki
vasitələrin satışı ilə məşğul olan daha 9 nəfər müəyyən olunaraq
saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti
yaradan pirotexniki vasitələr aşkarlanıb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

