Bakıda cibgirlik edən şəxs tutulub

Baş səhifə

Bakı. Trend:

Bakıda ictimai yerlərdə — əhalinin sıx olduğu avtobus
dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən şəxs
müəyyən olunub.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.




Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar
üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini
talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi
istisna olunmur.

Araşdırmalar davam etdirilir.