BMT-nin Bakıdakı nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Azərbaycandakı nümayəndəliyi 31 dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Trend xəbər verir
ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial
şəbəkəsindəki səhifəsində paylaşılıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini ifadə
edir! Qarşıdan gələn ildə sülh, rifah və yeni ümidlər arzulayırıq”,
– deyə paylaşımda bildirilib.