Zelenskinin yeni "sağ qolu" kim olacaq?

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən məlumat yayıb.

Noyabrın 28-də Zelenski Andriy Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb.