
Vladimir Putinin Valday iqamətgahına zərbələr ilə bağlı iddiası feykdir.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin onlayn formatda suallarını cavablandırarkən deyib.
Ukrayna Prezidenti bildirib ki, heç kim oranı vurmayıb.
Onun fikrincə, bu Rusiya tərəfinin danışıqları pozmaq cəhdi ilə bağlıdır:
“Bu daha çox bir ay ərzində komandalarımızın uğurlu danışıqları və görüşü, müsbət görüşü ilə bağlıdır. Moskva narahatdır. Bu işlərimizin finalı olaraq Prezident Trampla görüşümüz oldu”.
V.Zelenski vurğulayıb ki, ABŞ Prezidentindən sonra Avropa ölkələrinin liderləri ilə görüşəcək.
“Sonra hamımız bir araya gələcəyik ki, müharibənin bitməsi ilə bağlı irəliyə doğru addımlar ataq. Biz istəyirik ki, yanvarda bir çox müxtəlif addımlar atılsın” – V.Zelenski deyib.
O hesab edir ki, Rusiya, bu formatda heç kim üçün hər hansı bir müsbət nəticənin olmasını istəmir:
“Buna görə onlar belə ittihamlar irəli sürürlər”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


