Ucuz smartfonlar dövrü başa çatıb – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Operativ yaddaş bazarındakı böhran smartfon və kompüter
qiymətlərinin artımına səbəb olacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə “International Data
Corporation” (IDC) şirkətinin araşdırmasında deyilir.

IDC-nin vitse-prezidenti Fransisko Heronimonun hesabatında qeyd
olunur ki, süni intellektin (Sİ) bum dövrü operativ yaddaşın
qiymətlərində kəskin artıma gətirib çıxarıb.




Bununla əlaqədar olaraq, 2026-cı ildə smartfonlar, fərdi
kompüterlər (PK) və digər istehlak elektronikası bahalaşacaq.
Heronimo proqnozlaşdırır ki, ucuz operativ yaddaş, yaddaş
qurğuları, smartfonlar və digər texnikanın dövrü sona
yaxınlaşır.

Avadanlıqların qiymətlərinin artması süni intellekt sorğularını
emal edən və böyük həcmdə operativ yaddaş modulları və yaddaş
qurğularına ehtiyac duyan data-mərkəzlərin tələbatı ilə
bağlıdır.

Mütəxəssisin sözlərinə görə, ən çox zərər görən bazar
smartfonlar olacaq, ucuz modellərin qiymətləri 15–20 faiz
artacaq.