İranda üçüncü gündür ki, etirazlar davam edir

Baş səhifə
Videonun alt yazısı, İranda üçüncü gündür ki, etirazlar davam edir

İranda üçüncü gündür ki, etirazlar davam edir

Tehranda yüksək qiymətlərə qarşı keçirilən etirazların üçüncü günüdür.

Sosial mediada Tehrandan etirazlara görə şəhərin Böyük Bazarının bağlandığı və etirazların dağıdıldığı görünür.

İranda dollar bahalaşıb və İran realı kəskin ucuzlaşandan sonra dekabrın 27-də bazar günü ticarətlə məşğul olanların etiraz aksiyası keçirdiyi bildirilir.

Etirazlar Tehrandan başqa Kərəc, Həmədan, Qeşm və Mallard şəhərlərində də yayılıb. Sosial mediada yayılan kadrlarda görünür ki, hökumət əleyhinə şüarlar səsləndirilib.

Tehranın bəzi yerlərində və digər şəhərlərdə təhlükəsizlik qüvvələrinin videolarında etirazçıların olduğu görünür.

BBC Farscanın məlumatına görə, yanvarın 1-dən Tehran, Həmədan və Qum əyalətlərindəki bütün ticarət, hökumət və təhsil mərkəzlərinin bağlandığını elan edilib.