Bakı. Trend:
Tesla-nın satışlarında azalma müşahidə olunub. Buna əsas
səbəblər kimi rüblük tədarükün azalması, vergi güzəştlərinin
olmaması və artan rəqabətin tələbatı zəiflətməsi göstərilir.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Analitiklər şirkətin satışlarının 2026-cı ildə bərpa olunacağını
proqnozlaşdırırlar. Gözləntilərə görə, əvvəlki baza modellərindən
təxminən 5000 dollar ucuz olan “Standard” versiyalar, xüsusilə Çin
elektromobillərinin sürətlə populyarlıq qazandığı Avropa və Asiya
bazarlarında Tesla-nın mövqeyini qorumasına kömək edəcək.
Şirkət 2025-ci ilin son rübü və illik istehsal-çatdırılma
göstəricilərini yaxın günlərdə açıqlayacaq. Satışlardakı geriləməyə
baxmayaraq, Tesla səhmləri bu il 14%-dən çox artıb və bu da Elon
Musk-ın sərvətində artıma səbəb olub.
İnvestorların marağı isə əsasən Maskın robot texnologiyalarına,
o cümlədən humanoid robotlar və özünüidarəetmə sistemlərinin
inkişafına yönəlik planlarına əsaslanır. Bununla yanaşı, Tesla-nın
gəlirlərinin böyük hissəsi hələ də elektrik avtomobillərinin
satışından formalaşır.

