Culfada avtomobil qaz xəttinə çırpılıb, 2 920 abonent üçün təchizat dayandırılıb

Baş səhifə
Culfada avtomobil qaz xəttinə çırpılıb, 2 920 abonent üçün təchizat dayandırılıb

Culfada avtomobilin qaz xəttinə çırpılması nəticəsində 2 920 abonentin qaz təchizatı dayandırılıb.

“Report”un yerli bürosunun məlumatına görə, Ordubadi küçəsində avtoqəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.