Daha bir ölkə Avrozonaya daxil olur – Bu tarixdən

Baş səhifə

Bakı. Trend:

1 yanvar 2026-cı ildən etibarən Bolqarıstan rəsmi olaraq levadan
(Bolqarıstanın milli valyutası –red) imtina edərək, Avrozonaya
qoşulmuş sayca 21-ci ölkə olacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, buna Sofiyanın inflyasiya səviyyəsi, büdcə
kəsiri, uzunmüddətli borclanmanın dəyəri və məzənnə sabitliyi ilə
bağlı bütün rəsmi tələbləri yerinə yetirməsi zəmin yaradıb.
Bolqarıstanın avroya keçidi ilə valyutadan istifadə edən
avropalıların sayı 350 milyonu ötəcək.

Bolqarıstanda ölkənin levadan imtina etməsi isə əhali arasında
birmənalı qarşılanmır. Biznes dairələri ümumilikdə qarşıdan gələn
dəyişiklikləri dəstəkləyir. Eyni zamanda əhalinin bir hissəsi hesab
edir ki, Avropa İttifaqı tənəzzülə və parçalanmaya doğru gedir və
bu baxımdan avroya keçid faydadan çox problem gətirəcək.