
Bakı. Trend:
“2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində
ümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb.
2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14
ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125
nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura
səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiq
görülüb.
Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə
hesabatında qeyd olunub.
Məlumata görə, onlardan 21 nəfər bakalavariat, 136 nəfər
magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər
müvafiq beynəlxalq reytinq cədvəllərində (“Times Higher Education”,
“QS World Unıversıty Rankings” və “Academic Ranking of World
Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan bir
neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura
təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9
nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə
qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil
müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər
hazırda əmək fəaliyyəti ilə məşğuldur.


