
Bakı. Trend:
“Bornmut”un vingeri Antuan Semenyo qış transfer pəncərəsində
“Mançester Siti”yə keçidlə bağlı razılığa gəlib.
Trend “Sky
Sport”a istinadən xəbər verir ki, futbolçunun şəxsi müqavilə
şərtləri problem yaratmır. “Şəhərlilər” 65 milyon funt sterlinq
məbləğində sərbəstqalma haqqının ödənilməsinin detalları ilə bağlı
danışıqlar aparırlar.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada Semenyo 17 matçda
iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda
qalıb.


