
Xankəndi. Trend:
Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil
olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası
günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
təşkilatçılığı ilə keçirilib.
Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər.
Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı
bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik
və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində
ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.


