Bakı. Trend:
Tailand hakimiyyəti Rusiya və digər ölkələrdən olan vətəndaşlara
krallığa quru, dəniz və ya hava yolu ilə daxil olarkən qarşı
ayrı-seçkilik siyasəti aparmır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər
Nazirliyinin nümayəndəsi açıqlama verib
Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, əvvəllər
Kambocaya səfər etmiş səyahətçilərin Tailand ərazisinə girişini
qadağan edən hər hansı siyasət və ya qayda mövcud deyil.
“Tailand hökuməti bütün giriş məntəqələrində bütün ölkələrdən
olan turistlərə ədalətli və səmərəli immiqrasiya xidmətlərinin
göstərilməsinə sadiqliyini təsdiqləyir. Bütün prosedurlar
beynəlxalq standartlara və ayrı-seçkiliyin yolverilməzliyi
prinsipinə uyğun şəkildə həyata keçirilir”, – XİN-dən qeyd
edilib.

