Məşhur boksçu Nigeriyada avtomobil qəzası keçirib

Baş səhifə
Məşhur boksçu Nigeriyada avtomobil qəzası keçirib

Britaniyalı məşhur boksçu Entoni Coşua Nigeriyada avtomobil qəzası keçirib.

“Report” “Daily Express”ə istinadən xəbər verir ki, idmançı qəzadan kiçik xəsarətlərlə qurtulub.

Hadisə Laqos-İbadan yolunda, boksçunun da içində olduğu avtomobilin yolda dayanan yük maşınına çırpılması nəticəsində baş verib.

Yerli KİV-lərin məlumatına görə, E.Coşua avtomobilin arxa oturacağında olub. Qəza zamanı maşında olan 4 nəfərdən ikisinin öldüyü bildirilib.