Sahibkarların ödədiyi sosial sığorta haqqının hesablanma qaydası dəyişir

Baş səhifə

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdiriləcək.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial
sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.




Mövcud qanunvericiliyə görə, muzdlu işə aid olmayan fəaliyyətdən
gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta
haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sahibkarlıq fəaliyyəti üzrə 2026-cı il yanvarın 1-dək
    minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər
    sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və
    Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon
    inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi
    vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi
    miqdarında.

Dəyişikliyə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı
aşağıdakı dərəcələrlə ödəniləcək:

  • sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq
    əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə
    gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi
    miqdarında.