
Ukrayna Təhlükəsizlik Xidməti ölkənin milli polisi ilə birgə Zakarpatiya vilayəti Ərazı Komplektləşdirmə və Sosial Dəstək Mərkəzi rəhbərliyi, eləcə də əməkdaşları ilə bağlı sanksiyalaşdırılmış axtarışlar aparır.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Zakarpatiya vilayəti Ərazı Komplektləşdirmə və Sosial Dəstək Mərkəzinin rəisi polkovnik Andrey Savçukdur. Axtarışlar Ukrayna vətəndaşlarının qanunsuz azadlıqdan məhrum edilməsi faktı üzrə cinayət işi çərçivəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.
Hüquq-mühafizə orqanları təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


