“Napoli” “Trabzonspor”un müdafiəçisi ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Trabzonspor” və Ukrayna millisinin müdafiəçisi Arseni Bataqov
Avropanın bir neçə tanınmış klubunun diqqətini cəlb edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Napoli”, “Bolonya” və “Benfika”
Bataqovu heyətinə qatmaqda israrlıdır. Həmin klubların
nümayəndələri ukraynalını yanvar 5-də Qaziantepdə keçiriləcək
Türkiyə Super Kuboku yarımfinal matçında “Qalatasaray”a qarşı canlı
izləməyi planlaşdırırlar. Ötən mövsüm Bataqovu 1,8 milyon avroya
alan “Trabzonspor” artıq müdafiəçi üçün 30-35 milyon avro arasında
qiymət təyin edib.




Klub onu bundan aşağı qiymətə satmağı müzakirə etməyə hazır
deyil. 23 yaşlı mərkəz müdafiəçisinin dəyərini 9 milyon avro olaraq
qiymətləndirir. O, bu mövsüm Türkiyə Super Liqasında 16 oyunda
meydana çıxıb və iki məhsuldar ötürmə edib. Bataqov “Dnepr”,
“Polessya”, “Zorya” klublarında oynayıb.