
Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 1,642 milyard manat təşkil
edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə
12,6 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə
106,3 milyon manat və ya 6,9% çoxdur.
Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyard
manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,536 milyard manat idi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların
kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard
manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%
(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyard
manat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkil
edib.


