Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Baş səhifə

Bakı.Trend:

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava
şəraiti müşahidə olunub.

Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat
11:00-a olan məlumatına əsasən ölkə ərazisində şimal-qərb küləyi
əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan,
Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək
güclənib.

Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14,
Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5,
Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm
-dir.




Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5,
Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa,
İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2,
Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən,
Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir.

Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay,
Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi
200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0
dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda
12 dərəcəyədək şaxta qeydə alınıb.