Bu ilin 11 ayı ərzində 234 673 pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin yanvar-noyabr ayları ərzində 234 673 pensiya,
müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən
proaktiv qaydada həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə DSMF məlumat yayıb.




Bildirilib ki, onlardan 36 861-i pensiya, 197 812-si müavinət (o
cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.