“El Comercio”: Ekvadorda silahlı şəxslər 9 nəfəri qətlə yetiriblər

Baş səhifə
El Comercio: Ekvadorda silahlı şəxslər 9 nəfəri qətlə yetiriblər

Ekvadorun Manabi əyalətində baş verən atışmada azı 9 nəfər həlak olub.

Bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, dekabrın 28-də səhər saatlarında Manabi əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər atəş açıb. Ölənlər arasında iki yaşlı uşaq da var.

Hadisənin cinayətkar dəstələrlə əlaqəsi ola bilər. Ölənlərin dəqiq sayı müəyyənləşdirilir.