
Tərtər. Trend:
Tərtərdə iki minik avtomobili toqquşması zamanı xəsarət alanlar
var.
Trend-in yerli
bürosunun əldə etdiyi məlumata görə, yol nəqliyyat hadisəsi
Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi
ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes”
markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb


