Sabirabadda avtomobil kanala aşıb, ölən var

Baş səhifə
Sabirabadda avtomobil kanala aşıb, ölən var

Sabirabadda minik avtomobili kanala aşıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın kanala düşüb. Qəza nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.