
Bakı. Trend:
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı
kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş
verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional
qrupundan Trend-ə
bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik
avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.
Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.


