İmişlidə kişi dəm qazından boğularaq ölüb

Baş səhifə
İmişlidə kişi dəm qazından boğularaq ölüb

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.