
Bakı. Trend:
“Liverpul” mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu
Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir.
Trend xarici
KİV-ə istinadın xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi
Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün
transfer bazarına çıxmağa məcbur qalıb.
Portuqaliyalı forvardın Paris klubu ilə mövcud müqaviləsi 30
iyun 2028-ci ilə qədər qüvvədədir.
“Transfermarkt” portalı onun transfer dəyərini 35 milyon avro
olaraq qiymətləndirir.
Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində 23
oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.


