Yaponiyada 25 Gbit/s sürətli supersürətli ev interneti istifadəyə veriləcək

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın telekommunikasiya nəhəngi “NTT East” supersürətli ev
internetinin istifadəyə verilməsi planlarını açıqlayıb.

Trend xarici
KIV-lərə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından
etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təqdim edən optik
lifli internetə (FTTH) qoşula biləcəklər.

Qeyd olunur ki, hazırda kütləvi istehlakçılar üçün mövcud olan
maksimal sürət 10 Gbit/s ilə məhdudlaşıb. Yeni tarif “Flet Hikari
25G” adlanır və “best-effort” prinsipi ilə işləyəcək, yəni mövcud
şəraitdə mümkün olan ən yüksək sürət təqdim ediləcək.




Eyni zamanda, elmi-tədqiqat institutları və laboratoriyalarda
məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir.

Tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1
petabit/saniyədən çox məlumat ötürmə sürətinə nail olublar.