
Bakı. Trend:
“Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçi Cud Bellinqemi
transfer etmək məqsədilə “Real Madrid”ə 200 milyon avroluq təklif
göndərməyi planlaşdırır.
Trend xəbər verir
ki, “qırmızı şeytanlar” müqaviləni 2026-cı ilin yayında başa
çatdırmaq istəyirlər.
Mənbənin məlumatına görə, ingilis yarımmüdafiəçi “Kral klubu”nda
satışına icazə verilməyən beş oyunçudan biridir və Bellinqem özü də
hazırda “Los Blancos”dan ayrılmaq istəmir.
Bellinqem 2023-cü ilin yayında “Real Madrid”ə qoşulub. Bu mövsüm
o, bütün turnirlərdə 20 oyunda iştirak edib, beş qol vurub və dörd
məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin
yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar
dəyəri 160 milyon avrodur.


