Yaponiyada 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın mərkəzi hissəsində yerləşən Qumma prefekturasında
50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari
yol-nəqliyyat hadisəsində azı bir nəfər ölüb, 26 nəfər
yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.




İlkin məlumatlara görə, yolun buz bağlaması səbəbindən baş verən
qəzada azı 10 avtomobil yanıb. Yaponiyanın Fövqəladə Hallar
Nazirliyi bildirib ki, hadisə nəticəsində yaşlı bir qadın həyatını
itirib, 5 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 21 nəfər
isə yüngül xəsarət alıb.

Qəza ilə əlaqədar olaraq Yaponiyanın mərkəzində yerləşən
magistral yolun bir neçə hissəsi müvəqqəti olaraq nəqliyyat üçün
bağlanıb.