Premyer Liqa: “Mançester Yunayted” “Nyukasl”ı minimal hesabla məğlub edib

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 18-ci turun oyunlarına start
verilib.

Trend xəbər verir
ki, turun açılış matçında “Mançester Yunayted” və “Nyukasl”
komandaları üz-üzə gəliblər. “Old Trafford” stadionunda keçirilən
qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa
çatıb.




Oyunda yeganə qolu 24-cü dəqiqədə Patrik Orqu vurub.

Bu nəticədən sonra “Mançester Yunayted” turnir cədvəlində 29
xalla 5-ci pilləyə yüksəlib. “Nyukasl” isə 23 xalla 11-ci yerdə
qərarlaşıb.