ABŞ-də qar yağışı səbəbindən 1600-dən çox uçuş ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Dekabrın 26-da ABŞ-də qar yağışı nəticəsində 1600-dən çox uçuş
ləğv edilib.

Trend xəbər verir
ki, bu barədə Bloomberg məlumat yayıb.




Xəbərdə qeyd olunur ki, Nyu-York şəhərində yerləşən Con Kennedi
Beynəlxalq Hava Limanı, LaQuardia Hava Limanı və Nyuark Hava Limanı
qar yağışı və dağıntılar səbəbindən ciddi ziyan görüb. Bu
ərazilərdə 23 sm-ə qədər qar yağacağı gözlənilir.

Ümumilikdə 19 mindən çox uçuş təxirə salınıb. Boston, Detroit və
Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər barədə
məlumat verilib.