Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir
Zelenski şənbə günü, dekabrın 27-də Avropa liderlərinin iştirakı
ilə telefon konfransı keçirmək niyyətindədirlər.
Trend xəbər verir
ki, bu barədə “Axios” ukraynalı rəsmilərə istinadən məlumat
yayıb.
Məlumata görə, növbəti gün – dekabrın 28-də Donald Tramp və
Volodimir Zelenski arasında ABŞ-ın Florida ştatında danışıqların
keçirilməsi planlaşdırılır.
“Bu görüş danışıqlarda əhəmiyyətli irəliləyişin göstəricisidir”,
– deyə materialda qeyd olunub. Məqalənin müəllifi Barak Ravid
Trampın sözlərini xatırladıb ki, o, Zelenski ilə yalnız
razılaşmanın yaxın olduğunu hiss etdiyi halda görüşəcək.
Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi isə “Axios”a
bildirib ki, son iki həftə ərzində Vaşinqton Rusiya və Ukrayna
tərəfləri ilə aparılan danışıqlarda “ilin əvvəlindən bəri
olduğundan daha böyük irəliləyiş” əldə edib.

