Paridə bıçaqlı hücum qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı
hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və
“Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli
vaxtla saat 16:15–16:45 aralığında qeydə alınıb.

Trend xəbər verir
ki, metro rəsmilərinin təsdiqlədiyi məlumata görə, hücum edən şəxs
əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, daha
sonra “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına
hücum edib. Yaralanan qadınların vəziyyətinin stabil olduğu,
həyatlarına təhlükə olmadığı bildirilir.




Hücumlardan sonra hadisə yerindən qaçan şəxs Parisin şimalında
yerləşən Sarsel kommunasında saxlanılıb.

Hadisədən sonra metro xəttində təhlükəsizliyin gücləndirilməsi
məqsədilə əlavə mühafizə qüvvələri cəlb olunub. Faktla bağlı
istintaq aparılır, hüquq-mühafizə orqanları hücumun motivlərini
araşdırır.