Malayziyada keçmiş baş nazir Nəcib Razak 1MDB işi üzrə 15 il həbsə məhkum edilib

Baş səhifə

Bakı. Trend:

Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı
1MDB dövlət fondu ətrafında korrupsiya sxemləri ilə bağlı iş üzrə
15 il müddətinə azadlıqdan məhrum edib və 11,4 milyard rinqqit
(təxminən 3 milyard ABŞ dolları) məbləğində cərimə kəsib.

Trend “The Star”
nəşrinə istinadən xəbər verir ki, hazırda 72 yaşı olan Nəcib Razak
2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş
naziri vəzifəsində çalışıb. O, 2018-ci ilin iyulunda korrupsiya
şübhəsi ilə saxlanılıb.




2020-ci ildə Malayziya Ali Məhkəməsi Nəcib Razakı 1MDB dövlət
fondu ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində vəzifə
səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında
təqsirli bilib. Həmin vaxt o, 12 il həbs və təxminən 44 milyon ABŞ
dolları məbləğində cəriməyə məhkum edilmişdi.

2024-cü ildə isə onun cəza müddəti altı ilə qədər azaldılıb və
23 avqust 2028-ci ilədək müəyyən edilib, cərimənin məbləği isə
ilkin məbləğin dörddə birinə endirilib.