
Türkiyənin məşhur iş adamlarından olan Acun İlıcalının keçmiş arvadı, sosial media fenomeni Şeyma Subaşı sükutu pozub. Haqqında həbs qərarı verilən fenomen tezliklə ölkəsinə dönəcəyini bildirib.
Mətbuat.az yerli mediaya istinadla xəbər verir ki, Şeyma məsuliyyətdən yayınmadığını deyib: “Mən hər il dekabr ayında istirahət edirəm.
Hazırda qızımla Mayamidə dincəlirəm. Barəmdə həbs qərarı çıxarılmasından xəbərdaram. Yaxın günlərdə Türkiyəyə dönüb istintaqa ifadə verəcəyəm”.
Şeyma Subaşı vaxtilə narkotik istifadə etdiyini danmayıb. “Bəzi ürəkbulandıran hadisələr olub. Keçmişə aid bəzi xoşagəlməz görüntülər var. Amma artıq mən o mühitdə deyiləm. Mən o adam deyiləm. İndi o işlərdən uzaq bir həyat yaşayıram”, – fenomen deyib.
Şeyma Subaşı başına gələnləri səbrlə qarşıladığını vurğulayıb: “Allahın bildiyi məsləhətdir. Allah heç bir insanı alçaltmır. Uca Yaradan məni sınağa çəkir. Heç kim artıq-əskik danışmasın. Bəzi şeylər Allahla mənim aramdadır”.


