Çin “SatNet” rabitə peykləri qrupunu orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) “SatNet” aşağı orbitli rabitə peyklərinin 17-ci dəstini uğurla
orbitə buraxıb.

Trend-in
məlumatına görə, bu barədə şirkət “WeChat” sosial şəbəkəsindəki
səhifəsində yazıb.




Məlumata əsasən, raketin buraxılışı cümə günü Pekin vaxtı ilə
saat 07:26-da Vençan Peyk Buraxılış Mərkəzinin kommersiya sahəsində
baş tutub. Buraxılış zamanı “CZ-8A” raket daşıyıcısından istifadə
edilib.