Pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki
vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər
həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə
pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 22 nəfər
müəyyən olunaraq saxlanılıb.




Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan
pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.