“Tramp Marşrutu” üzrə tikinti işlərinə 2026-cı ildə başlanılacaq – Ermənistan XİN

Baş səhifə

Bakı. Trend:

“Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının praktik
mərhələsi, o cümlədən tikinti işlərinə başlanılması 2026-cı ilə
planlaşdırılır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər
Nazirliyi məlumat yayıb.

Ermənistan XİN bildirib ki, Ermənistan “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının və tənzimləmə
mexanizmlərinin formalaşdırılması istiqamətində amerikalı
tərəfdaşlarla intensiv danışıqlar aparır.

Yerevanda “Tramp Marşrutu” hökumətin “Sülh kəsişməsi”
təşəbbüsünün tərkib hissəsi kimi nəzərdən keçirilir. XİN-dən
vurğulanıb ki, layihə regionda qarşılıqlı əlaqəliliyin inkişafına
yönəlmiş iri infrastruktur proqramlarının məntiqinə tam uyğundur.
Bu proqramlara Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ( Orta
Dəhliz), həmçinin “Fars körfəzi — Qara dəniz” beynəlxalq nəqliyyat
dəhlizi daxildir.