Ermənistan Zəngəzur dəhlizinin tikintisinə BAŞLAYIR

Baş səhifə

Ermənistan Xarici İşlər Nazirliyi “Tramp Marşrutu” tikinti layihəsinin dəqiq başlama tarixini açıqlayıb.

Modern.az xəbər verir ki, Nazirlikdən bildirib ki, Zəngəzur dəhlizinin tətbiqinin praktik mərhələsi, o cümlədən tikintinin başlanması 2026-cı ilə planlaşdırılır.

Nazirlik həmçinin, Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP şirkətinin Ermənistanda qeydiyyatdan keçəcəyini və yollar, neft və qaz boru kəmərləri və fiber-optik rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişaf etdirilməsinə səlahiyyət veriləcəyini açıqlayıb.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR və ya “Orta Dəhliz”) və Körfəz-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla regional əlaqənin inkişafına yönəlmiş əsas infrastruktur proqramlarını birləşdirəcək.