
Bakı. Trend:
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva
və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi
ümumtəhsil məktəbində olublar.
Trend xəbər verir ki,
qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak
ediblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan
şagirdlərlə görüşərək onları 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara
hədiyyələr təqdim ediblər.
Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların
ifasında şeir və musiqi parçalarını dinləyiblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva daha sonra
uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.
Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci
ildə inşa edilib. Məktəb 2006-cı ildə Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir edilib, yeni sinif otaqları, kompüter zalı
yaradılıb və müasir avadanlıqla təchiz olunub.

