
Bakı. Trend:
Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Tunisə 198,7
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 370,5
min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə dəyər ifadəsində 79,9 milyon ABŞ dolları və ya 28,7,
həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Tunisə 278,6 milyon
dollar dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac
olunmuşdu.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.


