Parisdə kuryerdən 150 min avro dəyərində göy yaqut qarət olunub

Baş səhifə

Bakı. Trend:

Parisdə naməlum şəxs kuryerdən zərgərlik mağazası üçün nəzərdə
tutulmuş qiymətli daş-qaşları daşıyan kuryerdən 150 min avro
dəyərində göy yaqutu qarət edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kuryer avtomobilini saxlayıb ondan düşdüyü anda,
yaxınlıqda sırayla park edilmiş furqonun arxasında gizlənən
cinayətkar ona yaxınlaşaraq baş nahiyəsinə güclü zərbə endirib və
içində qiymətli daş-qaşlar olan paketləri ələ keçirib.




Paketlərdə göy yaqut daşları ilə yanaşı, ümumi dəyəri 10 min
avro olan qızıl zinət əşyaları da olub. Bundan sonra cinayətkar
hadisə yerindən skuter ilə uzaqlaşıb.

Zərərçəkmiş kuryer xəstəxanaya yerləşdirilib.

Qiymətli əşyaları və soyğunçunu tapmaq hələ ki, mümkün
olmayıb.