
Bakı. Trend:
Tayvanın cənub bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Zəlzələnin episentri Qaosyun liman şəhərindən 90 kilometr
şimal-şərqdə yerləşib, yeraltı ocağı isə 12 kilometr dərinlikdə
olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.


