Həştərxanda partlayışlar törətməyi planlaşdıran 13 yaşlı yeniyetmə saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Həştərxan şəhərində güc strukturlarının əməkdaşları
Həştərxan vilayəti və Dağıstan Respublikasının ərazisində terror
aktları törətməyi planlaşdıran 13 yaşlı yeniyetməni saxlanıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Həştərxanın Sovet rayon
məhkəməsinin mətbuat xidməti məlumat yayıb.




Yeniyetmə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan
müvəqqəti təcridxanaya yerləşdirilib.

“Məhkəmə iclası zamanı müəyyən edilib ki, 2012-ci il təvəllüdlü
yetkinlik yaşına çatmayan şəxs, Həştərxan vilayəti və Dağıstan
Respublikası ərazisində terror aktları törətmək məqsədilə yaşadığı
ünvanda kustar üsulla partlayıcı qurğu hazırlayıb. Bundan əlavə, “Telegram” messencerində abunəçilərə partlayıcı qurğuların
hazırlanmasını öyrətmək məqsədilə bir icma yaradıb. İnzibati iddia
ərizəsi təmin edilib. Məhkəmənin qərarı ilə yetkinlik yaşına
çatmayan şəxs Həştərxan vilayəti üzrə Rusiya DİN-in Yetkinlik
Yaşına Çatmayan Hüquqpozanların Saxlanılması Mərkəzinə 30 sutkadan
artıq olmayan müddətə yerləşdirilib”, – məlumatda qeyd olunub.