Moskvada iki polis əməkdaşı partlayışda ölüb

Baş səhifə
Moskvada iki polis əməkdaşı partlayışda ölüb

Moskvanın Yeletskaya küçəsində Daxili İşlər Nazirliyinin şöbəsinin binası yaxınlığında baş verən partlayış nəticəsində İki polis əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə “REN TV” mənbələrə istinadən məlumat yayıb.

“İki DYX (Dövlət Yol Xidməti) əməkdaşı həlak olub”, – bildirilib.

Hadisə dekabrın 22-si Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun avtomobilinin partladıldığı yerə yaxın ərazidə baş verib.