ABŞ “C-130J Super Hercules” təyyarələri üçün müqavilənin dəyərini 25 milyard dollara çatdırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri “Lockheed Martin” korporasiyası ilə “C-130J Super Hercules” hərbi nəqliyyat təyyarələrinin istehsalına
dair müqavilənin dəyərini 10 milyard dollar artıraraq 25 milyard
dollara çatdırıb.

Trend xəbər verir
ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.




Açıqlamada qeyd olunur ki, müqavilənin ümumi nominal dəyəri
dəyişiklikdən sonra 15 milyard dollardan 25 milyard dollara
yüksəlib. Müqavilənin 16 iyul 2035-ci ilədək tamamlanması nəzərdə
tutulur, lakin bu müddət ərzində istehsal olunacaq təyyarələrin
dəqiq sayı açıqlanmayıb. ABŞ tərəfi istehsal ediləcək təyyarələrin
bir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç,
Filippin və Fransaya satmağı planlaşdırır.

Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri “Boeing” şirkəti ilə B-52
Stratofortress strateji bombardmançı təyyarələri üçün mühərriklərin
dəyişdirilməsi xidmətlərinə dair 2 milyard dollarlıq müqavilə də
imzalayıb. Həmin müqavilənin 31 may 2033-cü ilədək icra olunacağı
bildirilir.